SON DƏQİQƏ

Maşa olmağı özlərinə rəva bilənlər…

Tarix:

24-06-2021, 08:16

/ 2 406 dəfə oxundu.
Maşa olmağı özlərinə rəva bilənlər…

Partiya sədri: "Belə satqınların üzərinə getmədikcə, bunların ipini çəkmədikcə hədlərini aşırlar”

 

"Şuşa Bəyannaməsini müdafiə edən bəyanata imza atanları satqın adlandıran adamlar 2013-cü ildə Moskvada Cərrahiyyə İnstitutunda Rüstəm Volodinin iştirakı ilə «Milli Şura» yaratmışdılar. Razılaşmışdılar ki, müvəqqəti olaraq Rüstəm İbrahimbəyov «Milli Şura»ya rəhbər gətirilsin, sonra isə Abbas Abbasov. Həmçinin razılaşmışdılar ki, onlar Dağlıq Qarabağda erməni dövlətinin yaranmasına etiraz etmirlər. Satqınlıq budur, satqınlıq başqa dövlətin əlində maşa olmaqdır».

Bunu «Azad Azərbaycan» qəzetinə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Şuşa Bəyannaməsini istəməyən satqınların «fədakarlığına» münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, maşa olmağı özlərinə rəva bilənlərə o dövrdə maliyyə dəstəyini Milyarderlər İttifaqı verirdi. İndi həmin bu maşalar 48 siyasi partiyanın Şuşa Bəyannaməsini dəstəkləyən bəyanata imza atmasını kolxoz yanaşması adlandırırlar: «Kolxozu Lenin qurmuşdu. İndi isə kolxozdan danışan bu şəxslərin kolxozunu 2013-cü ildə başqa bir Volodya-Volodin qurmuşdu».

Partiya sədri əlavə edib ki, bu gün 30 ilə yaxın işğalda olan Şuşa azad olunubsa və Şuşa Bəyannaməsində illərlə çalışdığımız, təhtəlşüura oturtmaq istədiyimiz Turançılıq, türk

dünyasının birliyi, asayişi birgə mühafizə qüvvələrinin yaradılması kimi məsələləri özündə ehtiva eləyən müddəalar varsa, bunu müdafiə etməməliyik?! Bunun alternativi Türkiyə ilə Azərbaycanın yaxınlaşmamasıdır. Bu yaxınlaşmanı istəməyənlər satqındırlar. Belə satqınların üzərinə getmədikcə, bunların ipini çəkmədikcə hədlərini aşırlar. Mən şəxsən fəxr edirəm ki, o bəyanata imza qoymuşam. Arzularımızın reallaşmasına xidmət edən sənədi müdafiə etməliydik və bunu da etdik. Qulp qoymaq istəyənlərin isə əslində nə yaxşı ki, imzaları orada yoxdur".

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ