SON DƏQİQƏ
» » Əgər ermənilər yenidən xam xəyallara düşərsə…

Əgər ermənilər yenidən xam xəyallara düşərsə…

Tarix:

15-04-2021, 11:32

/ 3 577 dəfə oxundu.
Əgər ermənilər yenidən xam xəyallara düşərsə…

Fərəc Quliyev: "Hərbi Qənimətlər Parkı bu gün Ermənistanda revanşist fikirlər səsləndirənlərə bir görkdür”

 

«Hərbi Qənimətlər Parkının yaradılmasının həm bu günümüz, həm də sabahımız baxımından mühüm əhəmiyyəti var. Bu parkdakı hərbi qənimətləri görən dünya bizim Vətən müharibəsində hansı hərbi texnikaları sıradan çıxardığımızı, ordumuzun necə böyük qəhrəmanlıqlara imza atdığını görəcək».

Bunu «Azad Azərbaycan» qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, dünya Hərbi Qənimətlər Parkına baxmaqla bizim Şuşada hansı texnikalara qarşı bıçaqla döyüşdüyümüzə şahid olacaq. Onlarda xalqımız haqqında daha geniş təəssüratlar formalaşacaq.

Hərbi Qənimətlər Parkının əhəmiyyətindən danışan partiya sədri bildirib ki, bu parkın yaradılmasının həm bu günümüz, həm də sabahımız baxımından mühüm əhəmiyyəti var: «Parkdakı hərbi qənimətləri görən dünya bizim Vətən müharibəsində hansı hərbi texnikaları sıradan çıxardığımızı, ordumuzun necə böyük qəhrəmanlıqlara imza atdığını görəcək. Dünya Hərbi Qənimətlər Parkına baxmaqla bizim Şuşada hansı texnikalara qarşı bıçaqla döyüşdüyümüzə şahid olacaq. Onlarda xalqımız haqqında daha geniş təəssüratlar formalaşacaq».

F.Quliyev qeyd edib ki, Hərbi Qənimətlər Parkı bu gün Ermənistanda revanşist fikirlər səsləndirənlərə bir görkdür. Bu o deməkdir ki, əgər ermənilər yenidən xam xəyallara düşərsə, o zaman Azərbaycan onların hərbi texnikasını yenidən Hərbi Qənimətlər Parkına qoyacaq: «Hərbi Qənimətlər Parkı xalqımız üçün də bir çağırış, bir xatırlamadır. Bu çağırışın mahiyyəti isə ondan ibarətdir ki, sən dünyanın ən qorxunc, dağıdıcı silahlarını belə məhv etməyə qadir olan böyük bir xalqsan. Və sən hər zaman öz gücünün fərqində olmalı, bundan sonra da torpaqlarını bu cür cəsarət və qətiyyətlə qorumalısan».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ