
2025-ci ildə təxminən 43 min Rusiya vətəndaşına Şengen vizasının verilməsi rədd edilib. Bu səbəbdən konsulluq və xidmət rüsumlarına xərclənən ümumi məbləğ 4,5 milyon avronu keçib.
GunAz.az xəbər verir ki, bu barədə Avropa Səyahət Agentlikləri Assosiasiyası (ATOR) Avropa Komissiyasının məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, ümumilikdə 679,4 min müraciət edilib, onlardan 618,8 mini təsdiqlənib. Beləliklə, rədd cavablarının payı 6,3%-ə düşüb. Bu göstərici 2024-cü ildə 7,5% təşkil edib.
Qeyd olunur ki, 2025-ci ilin iyun ayından etibarən konsulluq rüsumu 80 avrodan 90 avroya qaldırılıb. Servis rüsumu (20-35 avro) ilə birlikdə hər bir müraciətçinin orta xərci təxminən 100-125 avro təşkil edib.
Əvvəlki məlumatlara görə, 2025-ci ildə Rusiya vətəndaşlarına verilən Şengen vizalarının sayı 14% artıb.






























