SON DƏQİQƏ
» » Azərbaycan-Türkiyə qardaşlığının siyasi təcəssümü

Azərbaycan-Türkiyə qardaşlığının siyasi təcəssümü

Tarix:

22-06-2021, 08:51

/ 2 729 dəfə oxundu.
Azərbaycan-Türkiyə qardaşlığının siyasi təcəssümü

 Partiya sədri: «Şuşa Bəyannaməsi hərtərəfli işbirliyi, çoxşaxəli əməkdaşlığı stimullaşdıran böyük hüquqi bazadır»

 

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bir neçə gündür başa çatsa da, lakin Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkədə gündəmin birinci dərəcəli mövzusu olaraq qalır. Bu da təbiidir. Çünki bu Bəyannamənin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində yepyeni mərhələnin bünövrəsi qoyulub. İndi bu hadisəyə hərə öz bildiyi kimi, öz baxış bucağından qiymət verir. Kimisi bunu Türkiyənin Cənubi Qafqaz siyasətinin yeni mərhələsi kimi qiymətləndirir, bir başqası isə bu Bəyannamənin imzalanmasını təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region, Türk dünyası, Avropa və Asiya üçün də çox əhəmiyyətli bir hadisə olaraq dəyərləndirir. Bəzi ekspertlər isə Şuşa Bəyannaməsinin Qars və Batum müqavilələrindən də üstün əhəmiyyət kəsb etdiyini yazır. Əslində bu fikirlərin hər biri real həqiqəti əks etdirir.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov hesab edir ki, ekspertlər cameəsində sözügedən sənədi kimin hansı aspektdən və necə dəyərləndirməsindən asılı olmayaraq Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilk növbədə Azərbaycan-Türkiyə qardaşlığının siyasi təcəssümü və hüquqi təsbitləndirilməsi idi.

«Azad Azərbaycan» qəzetinə açıqlamasında partiya sədri vurğulayıb ki, bununla Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə siyasi leksikonumuza gətirdiyi "Bir millət, iki dövlət” ifadəsi və konsepsiyası hüquqi müstəviyə köçürülmüş oldu: «Bu Bəyannamədə revanşist Ermənistan siyasi dairələrinə ünvanlanmış mesajlar, regiondakı kommunikasiya xətlərinin açılması, dinc qonşuluq şəraitində yaşamağa və bölgədə sülhün qorunmasına çağırış, Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi iki qardaş ölkənin sıx əməkdaşlığını əks etdirən əsas məqamlardır. Bütün bunlarla bərabər, Şuşa Bəyannaməsində həmçinin media, diaspora , xarici siyasətdə birgə hərəkətetmə, eləcə də təhsil, iqtisadiyyat, müasir texnologiyalar və birgə sərmayə yatırımları kimi sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur. Yəni ki, bu sənəd hərtərəfli işbirliyi, çoxşaxəli əməkdaşlığı stimullaşdıran böyük hüquqi bazadır».

Partiya sədri qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığı sadəcə sözdə qardaşlıq ifadələri ilə məhdudlaşmır: «Bizim qardaşlığımız real, əməli qardaşlıqdır. İlham Əliyevin də Şuşadakı mətbuat konfransında çıxışı zamanı qeyd etdiyi kimi bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Biz nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi nümayiş etdiririk. Biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir. Şuşa Bəyannaməsi isə ölkələrimiz arasında qardaşlığı, əməkdaşlığı və inteqrasiyanı daha da dərinləşdirməyə xidmət edir. Bu mənada, Şuşa Bəyannaməsi birlik, həmrəylik bəyannaməsidir. 15 iyunda bizim Mədəniyyət paytaxtımızda, Azərbaycan üçün ən strateji nöqtələrdən birində imzalanan bu sənəd birliyimizi, qardaşlığımızı sarsılmaz edən bir sənəd kimi tarixə düşəcək».

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ