
İyulun 1-dən Azərbaycanda qadınların pensiyaya çıxma yaşı 64 il 6 ay olacaq.
GunAz.az Modern.az-a istinadən xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qeyd edək ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il – 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib.