SON DƏQİQƏ
» » Ərdoğanın Şuşaya tarixi səfəri: Nə vaxt və kimlərlə gəlir?

Ərdoğanın Şuşaya tarixi səfəri: Nə vaxt və kimlərlə gəlir?

Tarix:

15-05-2021, 15:15

/ 3 855 dəfə oxundu.
Ərdoğanın Şuşaya tarixi səfəri: Nə vaxt və kimlərlə gəlir?

Bir neçə gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana, daha dəqiq desək Şuşa şəhərinə səfəri baş tutacaq.

GünAz.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov qeyd edib. O bildirib ki, Ərdoğan Şuşaya səfər edəcək ilk Türkiyə dövlət başçısı olaraq tarixə düşəcək:

 

"Bu mənada bu səfəri tarixi səfər kimi də dəyərləndirmək olar. Verilən bəzi məlumatlara görə, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da bu səfərdə iştirak etməlidir.

Həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Milliyətçi Hərəkat Partiyanın başçısı Dövlət Baxçalının Şuşaya birgə səfərinin çox böyük önəmi var və bu səfər bəzi böyük dövlətlərə mesaj xarakteri daşıyır. Bu səfər çərçivəsində həmçinin bir neçə obyektin açılışı da gözləniləndir. Həmçinin gözlənilir ki, bu səfər çərçivəsində tərəflər arasında hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bəzi razılıqlar olsun”.

Qeyd edək ki, Ərdoğanın Bakıya və Şuşaya tarixi səfəri Ramazan bayramından sonra nəzərdə tutulsa da, konkret tarix açıqlanmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ