SON DƏQİQƏ
» » Şuşa Bəyannaməsindən kimlər narahatdır? - Polkovnik danışdı

Şuşa Bəyannaməsindən kimlər narahatdır? - Polkovnik danışdı

Tarix:

22-06-2021, 08:38

/ 2 987 dəfə oxundu.
Şuşa Bəyannaməsindən kimlər narahatdır? - Polkovnik danışdı

"Şuşa Bəyannaməsinin imzalanması Türkiyə ilə Azərbaycan arasında iki ölkə arasında öz iradələri ilə gələcək iş birliyinin əsasını qoymaq deməkdir".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.
O bildirib ki, Bəyannaməyə görə, Türkiyə və Azərbaycandan hər hansı birinin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir təhdid olarsa, ölkələr arasında qarşılıqlı məsləhətləşmələr və yardımlaşma nəzərdə tutulub:
"Türkiyənin hanısısa bir təşkilatın (NATO), bir qurumun bir parçası olması o demək deyil ki, Şuşa Bəyannaməsi ilə Türkiyə ilə əməkdaşlıq, müttəfiqlik yolunda yeni bir səhifənin açan Azərbaycan da o təşkilatın tərkibində olmuş olacaq. Biz bunu 44 günlük müharibədə də gördük ki, bir çox sistemlər var idi ki, hətta o sistemlərin tamamilə Türkiyə istehsalı olmağına baxmayaraq, onun bəzi hissələrinin müəyyən adı çəkilməyən bəzi ölkələrdən alınması səbəbi ilə müəyyən çətinliklər yaratmağa çalışdılar.
Bu gün Azərbaycanla Türkiyə arasındakı bu şəkildəki ikitərəfli əlaqələr, Bəyannamənin imzalanmış olması tamamilə Türkiyə ilə Azərbaycan arasında olan bir müqavilədir və bu, başqa bir məna kəsb etmir. Qarşılıqlı bəyanatlarda da göstərildiyi kimi sənədi imzalayan ölkələrdən hər hansı birinin ərazi bütövlüyünə, suverenliyinə hər hansı bir təhdid olarsa, ölkələr arasında qarşılıqlı məsləhətləşmələr və yardımlaşma mütləq sürətdə nəzərdə tutulub. Bəyannamədə də qeyd olunduğu kimi burada hər hansı bir başqa təşkilat və yaxud ölkələrin dəstəyi qeyd olunmayıb. Buna görə də mütləq sürətdə başqa bir mənada anlaşılmamalıdır. Çünkü Bəyannamədə hər bir şey açıq şəkildə qeyd olunub və bu Bəyannamə tələbləri olaraq bütün yardımlaşmalar, ikili əlaqələr Türkiyə və Azərbaycan arasındakı münasibətləri əhatə edir"
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ