SON DƏQİQƏ
» » Paşinyan: Razılaşmaları yerinə yetirməyə hazırıq

Paşinyan: Razılaşmaları yerinə yetirməyə hazırıq

Tarix:

6-05-2021, 23:07

/ 1 443 dəfə oxundu.
Paşinyan: Razılaşmaları yerinə yetirməyə hazırıq

Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır.

GunAz.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

"Ermənistan 9 noyabr (10 noyabr) 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Həm də tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bölgədə müharibə Rusiyanın səyləri nəticəsində dayanıb:

"Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatlar dayandı və regionda vəziyyətin deeskalasiyasına nail olundu. Xüsusilə Prezident Vladimir Putinin regionda sülhün əldə olunmasındakı rolunu qeyd etmək istərdim".


скачать dle 12.1

Şərhlər