SON DƏQİQƏ
» » İran ABŞ helikopterini nə ilə vurub? - Yeni detallar AÇIQLANDI

İran ABŞ helikopterini nə ilə vurub? - Yeni detallar AÇIQLANDI

Tarix:

Dünən, 23:23

/ 3 260 dəfə oxundu.
İran ABŞ helikopterini nə ilə vurub? - Yeni detallar AÇIQLANDI

ABŞ-a məxsus "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı üzərində İranın kamikadze dronu tərəfindən vurulub.
GunAz.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı adsız rəsmi şəxslərə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, döyüş maşınına İranın "Shahed" kamikadze-dronu ilə zərbə endirilib. Helikopterin heyətində olan iki nəfər Amerika pilotsuz kateri vasitəsilə xilas edilib.
Bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın "AH-64 Apache" helikopterinə etdiyi hücuma cavab verməyə borcludur. O, helikopterdə olan hər iki pilotun xəsarət almadığını qeyd edib.
İyunun 9-u səhər saatlarında "The New York Times" qəzeti helikopterin Hörmüz boğazı rayonunda qəzaya uğradığını xəbər vermişdi. Nəşrin həmsöhbətlərindən biri qəzanın səbəblərinin hələlik müəyyən edilmədiyini bildirmişdi. Onun sözlərinə görə, müstəntiqlər helikopterin İran tərəfindən vurulduğunu, yoxsa qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini araşdırırdılar.
скачать dle 12.1

Şərhlər