
Bu gün səhər Moskvanın Balaşixa rayonunda avtomobil partladılıb.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, avtomobilin oturacağının altına quraşdırılmış 300-400 qram trotil ekvivalent gücə malik partlayıcı qurğu işə düşüb.
Partlayış nəticəsində həlak olan şəxsin Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi, general-mayor Dəmir Davıdov olduğu bildirilir.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Dəmir Davıdov Balaşixada yaşayırdı və partlayış baş verən BMW X3 markalı avtomobil ona məxsus olub.






























