SON DƏQİQƏ
» » MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi

MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi

Tarix:

21-02-2020, 20:33

/ 2 063 dəfə oxundu.
MSK daha 4 məntəqənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb.

GunAz.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

O bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd edilib ki, müraciət edən namizəd həmin dairə üzrə müxtəlif məntəqələrdə səsvermə günü pozuntuların olduğunu iddia edib.

İclasda vurğulanıb ki, müraciət araşdırılıb və 22 saylı Nəsimi ikinci seçki dairəsinin yalnız 4 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyənləşdirilib.

Komissiya həmin dairənin 1, 11, 20 və 24 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ