SON DƏQİQƏ
» » Daha 5 seçki məntəqənin nəticələri ləğv edildi

Daha 5 seçki məntəqənin nəticələri ləğv edildi

Tarix:

20-02-2020, 19:56

/ 2 714 dəfə oxundu.
Daha 5 seçki məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 57 saylı Kürdəmir seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

GunAz.az xəbər verir ki, məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib. Namizəd Qəribov Rəşad şikayətində səsvermə prosesində  sayımda pozuntuların olduğunu qeyd edib. Namizəd şikayətə 18 protokol təqdim edib.

MSK-nın araşdırması zamanı məlum olub ki, 5 seçki məntəqəsində pozuntu var.

Beləliklə, MSK qərara alıb ki, 7,18,20,27,33 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, həmin dairədə lider namizəd Əminə Ağazadədir.

Xatırladaq ki, Rəşad Qəribov sabiq deputat Fərhad Qəribovun oğludur.

скачать dle 12.1

Şərhlər