SON DƏQİQƏ
» » “Azərbaycan gözlədi ki...” - Paşinyanın qarşısındakı 3 problem

“Azərbaycan gözlədi ki...” - Paşinyanın qarşısındakı 3 problem

Tarix:

10-12-2018, 18:02

/ 10 294 dəfə oxundu.
“Azərbaycan gözlədi ki...” - Paşinyanın qarşısındakı 3 problem

“Gözlənildiyi kimi, Ermənistanda keçirilən erkən parlament seçkilərində keçmiş baş nazir Nikol Paşinyanın “Mənim Addımım” bloku qalib gəldi. Beləliklə, Ermənistan parlamenti Paşinyanın bloku və aprel ayında baş tutmuş “məxməri inqilab”ı dəstəkləyən siyasi qüvvələrin əlində olacaq”.

GunAz.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova belə deyib.

Ekspertin sözlərinə görə, Paşinyan seçkilərdən əvvəl beynəlxalq aləmdə yer tuta biləcək və iqtisadi cəhətdən güclü Ermənistan qurmağa çalışacağı vədini verib:

“Əlbəttə, Paşinyanın güclü Ermənistan görmək arzusu normaldır. Lakin onu da başa düşür ki, verdiyi vədləri yerinə yetirib-yetirməməsi onun siyasi karyerasında ciddi rol oynayacaq. Buna görə də öz siyasi kursunu müəyyən etməli və yeni hakimiyyət qurmalıdır. Onun buna müvəffəq olub-olmayacağını isə zaman göstərəcək.

Paşinyanın qarşısında həll etməli olduğu vacib problemlər var. Ən vacib problemlərdən birincisi isə Dağlıq Qarabağ münaqişəsidir. Paşinyan bu məsələyə adekvat yanaşmasa və münaqişənin həllini keçmiş hakimiyyət kimi uzatsa, bu, ona ciddi problemlər yaradacaq.

Belə ki, atəşkəs pozulacaq və cəbhə xəttində vəziyyət gərginləşəcək. Çünki Azərbaycan tərəfi Ermənistanda keçirilən seçkiləri gözlədi. Bundan sonrakı mərhələdə isə Paşinyandan məsələyə yanaşmada adekvat davranmasını tələb edəcək. Həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistana gün kimi aydındır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyəcək”.

Paşinyanın həll etməli olduğu ikinci məsələyə gəlincə, Ramiyə Məmmədova qeyd edib ki, Ermənistanın yeni hakimiyyətinin qarşısında xarici siyasi kursu müəyyən etmək kimi ciddi bir problem də var:

“Nikol Paşinyan Qərb və Rusiya arasında qalmış Ermənistanı bu vəziyyətdən çıxarmalıdır. Ya əvvəlki kimi Rusiyanın təsir dairəsində qalmalı – Moskvanın təlimatı ilə hərəkət etməli, ya da Qərbə yönələrək, Rusiya ilə gərgin münasibətlərə girməlidir. Əlbəttə, bu nə Ermənistanın, nə də Paşinyanın xeyrinədir. Çünki Paşinyan başa düşür ki, Rusiya Ermənistandan əlini çəksə, Ermənistan tək və köməksiz qalacaq. Bu da çətin vəziyyətdə olan Ermənistanın vəziyyətini bir qədər də mürəkkəbləşdirəcək.

Üçüncü tərəfdən isə, Paşinyan Ermənistanın iqtisadi problemlərini həll etməlidir. Bu gün Ermənistan kənardan verilən subsidiyalar hesabına yaşayır. Ölkənin heç bir iqtisadi potensialı yoxdur və bölgədə həyata keçirilən iqtisadi layihələrdən kənarda qalıb. Bir tərəfdən də, Ermənistanın qonşu dövlətlərlə güclü iqtisadi əlaqələri yoxdur. Buna görə də Paşinyan Ermənistana iqtisadi rifah gətirməlidir. Bu məsələnin həlli isə Dağlıq Qarabağ münaqişəsinin həllindən və doğru siyasi kursun seçilməsindən keçir”.

Ermənistanın yeni rəhbərinin çətin imtahandan keçmək üçün yola çıxdığını deyən politoloqun sözlərinə görə, onun keçmiş səhvlərini təkrar edib-etməyəcəyini yaxın vaxtlarda görəcəyik.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ