SON DƏQİQƏ

Bu gün Putin və Ərdoğan görüşəcək

Tarix:

19-11-2018, 09:02

/ 10 347 dəfə oxundu.
Bu gün Putin və Ərdoğan görüşəcək

Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcək.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İstanbulda Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və beynəlxalq problemləri müzakirə edəcəklər.

“Putin və Ərdoğanın görüşündə Rusiya-Türkiyə münasibətlərinin sonrakı inkişafı məsələləri, aktual regional və beynəlxalq problemlər müzakirə ediləcək”, - Kremlin mətbuat xidmətinin xəbərində deyilir.

Gözlənilir ki, Putin və Ərdoğan videokonfrans rejimində “Türk axını” qaz kəmərinin dəniz bölməsinin tikintisinin tamamlanması mərasimində iştirak edəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ