SON DƏQİQƏ

Ərdoğan Putinlə görüşdü

Tarix:

27-10-2018, 16:39

/ 10 277 dəfə oxundu.
Ərdoğan Putinlə görüşdü

İstanbulda keçiriləcəyi Suriya üzrə dördtərəfli görüş öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib.

GunAz.az ”Anadolu” agentliyinə istinadən xəbər verir ki, liderlər Vəhdəddin Köşkündə görüşüblər.

Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli görüş keçiriləcək. Görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Angela Merkel iştirak edəcək.

Liderlər Suriyadakı vəziyyəti, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla, münaqişənin siyasi nizama salınması prosesini müzakirə edəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ