SON DƏQİQƏ

İlham Əliyev Vladimir Putini təbrik edib

Tarix:

7-05-2018, 16:27

/ 10 396 dəfə oxundu.
İlham Əliyev Vladimir Putini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib. 

Gunaz.az xəbər verir ki, dövlət başçısı  Vladimir Putini Rusiya Federasiyasının prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Dövlət başçısı, eyni zamanda, Rusiya prezidentinə qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə təbriklərini çatdırıb.

Prezident  Vladimir Putin təbrikə və göstərilən diqqətə görə prezident  İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May – Qələbə günü münasibətilə təbrik edib.

Prezident  İlham Əliyev təbrikə görə təşəkkür edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ