SON DƏQİQƏ
» » Bakıda bir sıra xarici dövlətlərin rəhbərləri ilə görüş keçiriləcək

Bakıda bir sıra xarici dövlətlərin rəhbərləri ilə görüş keçiriləcək

Tarix:

7-03-2018, 14:18

/ 10 429 dəfə oxundu.
Bakıda bir sıra xarici dövlətlərin rəhbərləri ilə görüş keçiriləcək

Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Gunaz.az -a məlumatlı mənbə bildirib.Nazir Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıya gələcək.

Məlumata görə, səfər 14-15 mart tarixlərində planlaşdırılır.

Qeyd edək ki, M.C.Zərif azərbaycanlı və türkiyəli həmkarları ilə birgə 2017-ci ilin dekabrında Bakıda üçtərəfli iclasda iştirak etmişdi.

скачать dle 12.1

Şərhlər