SON DƏQİQƏ

Rəcəb Tayyib Ərdoğan yenidən sədr seçildi

Tarix:

21-05-2017, 20:04

/ 4 158 dəfə oxundu.
Rəcəb Tayyib Ərdoğan yenidən  sədr seçildi

Bu gün Ankara idman salonunda keçirilən Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 998 günlük fasilədən sonra yenidən partiyanın sədri seçilib.
  Keçirilən gizli səsvermədə Prezident Ərdoğanın namizədliyini 1414 nümayəndə dəstəkləyib.
Növbədənkənar qurultay Rəcəb Tayyib Ərdoğanın partiya rəhbəri seçilməsi üçün keçirilib.
Türkiyə lideri bu il aprelin 16-da keçirilən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələri elan olunduqdan sonra AKP sədrliyinə qayıtmaq barədə qərar verib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan partiyanın sədri postundan 2014-cü ilin avqustunda istefa vermişdi.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ