SON DƏQİQƏ

Ərdoğan AKP-yə qayıtdı - 33 ay sonra

Tarix:

2-05-2017, 20:48

/ 3 675 dəfə oxundu.
Ərdoğan AKP-yə qayıtdı - 33 ay sonra

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub.
Türkiyənin NTV telekanalına istinadən verilən məlumata görə, aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.
Bu gün Ərdoğanın partiyaya üzv olması ilə bağlı Ankarada AKP-nin mərkəzi qərargahında mərasim keçirilib. Mərasimdə AKP rəhbər orqanlarının üzvləri, millət vəkilləri qatılıblar. Binəli Yıldırım Ərdoğana AKP-yə üzvlüyü ilə bağlı bəyannaməni təqdim edib və  Ərdoğan sənədi imzalayıb. Bununla da Ərdoğan partiyaya rəsmən yenidən üzv olub. Növbəti mərhələdə Ərdoğanın AKP-nin sədri seçilməsi üçün mayın 21-də növbədənkənar qurultay keçiriləcək.
Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.
Xatırladaq ki, AKP 14 avqust 2001-ci ildə yaradılıb. Partiya 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlib. Həmin vaxt məhkəmənin barəsində siyasətlə məşğul olmasının qadağan edilməsinə dair qərarı olduğu üçün R. T. Ərdoğan seçkilərdə iştirak edə bilməyib. Barəsindəki siyasi qadağa aradan qaldırıldıqdan sonra 9 mart 2003-cü ildə Siirtdən deputat seçilib. Bununla əlaqədar 11 mart 2003-cü ildə Abdulla Gül hökuməti istefa verib. R. T. Ərdoğanın rəhbərliyi ilə həmin il martın 14-də yeni hökumət qurulub. AKP sədri olduğu 2002, 2007 və 2011-ci illərdə keçirilən parlament, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkilərində partiyası qalib gəlib.(Apa)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ