SON DƏQİQƏ
» » Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika

Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika

Tarix:

Bu gün, 10:27

/ 3 799 dəfə oxundu.
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika

Türkiyə Baltik ölkələrinin hava məkanını qorumaq üçün NATO missiyasına qoşulur.
GunAz.az xəbər verir ki, Türkiyə avqust ayından etibarən NATO-nun Baltik ölkələrinin hava məkanının mühafizəsi missiyasında iştirak edəcək.
Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus beş ədəd F-16 qırıcısı və 181-ci Reaktiv Eskadrilyanın 76 nəfərlik şəxsi heyəti Estoniyanın Emari aviabazasında yerləşdiriləcək.
Türkiyənin “Anadolu” Agentliyinin məlumatına əsasən, kontingent avqustdan noyabr ayınadək Estoniyada xidmət aparacaq və NATO-nun “Baltik Hava Polisi” missiyası çərçivəsində bölgənin hava sərhədlərinin 24 saat fasiləsiz mühafizəsini təmin edəcək.Musavat.com
скачать dle 12.1

Şərhlər