SON DƏQİQƏ

Qaradağda Ulu Öndərin 103 illiyi qeyd olunub

Tarix:

9-05-2026, 09:57

/ 1 870 dəfə oxundu.
Qaradağda Ulu Öndərin 103 illiyi qeyd olunub

Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Ulu öndərin siyasi kursu – Müasir Azərbaycanın uğur modeli” adlı tədbir keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkil etdiyi tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatları, şəhid ailələri, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının nümayəndələri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndərin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardından Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin inkişafında və milli maraqların qorunmasında misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, bu gün Azərbaycanın qazandığı uğurlar məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nəticəsidir.

Tədbirdə ictimai-siyasi həyatda fəallıq göstərən şəxslər, partiya veteranları və təşkilatlar fəxri fərman və mükafatlarla təltif olunub, partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib. Həmçinin yeniyetmə və gənclər arasında keçirilən idman və intellektual yarışların qalibləri diplom, medal və kuboklarla mükafatlandırılıb.

Tədbir Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi yaradıcı kollektivin təqdim etdiyi bədii proqramla başa çatıb.

Türkanə MÜBARİZ


скачать dle 12.1

Şərhlər