SON DƏQİQƏ
» » Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir

Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir

Tarix:

27-04-2026, 13:09

/ 3 327 dəfə oxundu.
Prezident İlham Əliyev: Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir

Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
GunAz.az AZƏRTACA istinadən  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
скачать dle 12.1

Şərhlər