
Azərbaycan Respublikasının Tehrandakı diplomatik missiyasının əməkdaşları artıq Astara sərhəd keçid məntəqəsinə gəliblər.
GunAz.az-ın məlumatına görə, hazırda onların sərhəd keçid məntəqəsindən keçidi təmin olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıq vermişdi.































