SON DƏQİQƏ
» » İran XİN rəsmisi: “Ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq”

İran XİN rəsmisi: “Ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq”

Tarix:

25-12-2023, 13:34

/ 3 221 dəfə oxundu.
İran XİN rəsmisi: “Ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq”

“Ən qısa zamanda Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq”.

Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani dekabrın 25-də keçirdiyi brifinqdə bildirib.
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən şəxsin məhkəməsinin nəticəsi barəsində danışan Kənani iki ölkə arasındakı müəyyən problemlərlə bağlı danışıqlar prosesini müsbət qiymətləndirib.
Onun sözlərinə görə, Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası üçün tərəflər yol xəritəsi müəyyən edib.скачать dle 12.1

Şərhlər