SON DƏQİQƏ

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Tarix:

20-11-2025, 17:51

/ 3 403 dəfə oxundu.
Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Erməni mütəxəssislər sabah, 21 noyabrda Bakıya yola düşəcəklər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İrəvan hökuməti bugünkü iclasında 21-22 noyabr tarixlərində Bakıda keçiriləcək dəyirmi masada Ermənistan tərəfindən beş mütəxəssisin iştirakını təmin etmək məqsədilə İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram (45.9 min dollar) ayrılması barədə qərar verib. Qərarın əsaslandırılmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycandakı vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələri asanlaşdıracaq və iki dövlətin cəmiyyətləri arasında etimadın gücləndirilməsi mexanizmləri yaradacaq.
скачать dle 12.1

Şərhlər