SON DƏQİQƏ
» » İrəvan hələ də Qarabağa pul ayırır- SƏBƏB NƏDİR?

İrəvan hələ də Qarabağa pul ayırır- SƏBƏB NƏDİR?

Tarix:

31-05-2022, 13:39

/ 2 315 dəfə oxundu.
İrəvan hələ də Qarabağa pul ayırır- SƏBƏB NƏDİR?

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalanması üçün danışıqlar aparmasına və sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın görüşlərinə rəğmən, yenə də Qarabağda fəaliyyətini davam etdirməyə çalışan separatçılara maliyyə yardımı edir.

Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci ildə büdcədən "Dağlıq Qarabağ”a 20 milyard dram (təxminən 40 milyon dollar) əlavə vəsait köçürüləcəyini açıqlayıb.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən Paşinyan bu vəsaitin yaşayış evlərinin tikintisinə xərclənəcəyini qeyd edib:

"2021-ci ildə Qarabağda yaşayanların bütün kommunal xərcləri, maaşları, həmçinin "dövlət sektorundakı” bütün ödənişlər Ermənistan büdcəsi hesabına həyata keçirilib. 2020-ci ilin noyabrından indiyə qədər biz Qarabağa 136 milyard dram (272 milyon dollar) köçürmüşük və bu köçürmələri dayandırmaq fikrimiz yoxdur”.

O deyib ki, 2019-cu ildə Qarabağın "büdcəsi” 118 milyard dram (236 milyon dollar) olub, bunun 58 milyardını (116 milyon dollar) Ermənistan ödəyib, 2021-ci ildə isə 174 milyardlıq (353 milyon dollar) "büdcənin” 128 milyardını (256 milyon dollar) Ermənistan ödəyib.

"2022-ci ildə isə 144 milyard dram (288 milyon dollar) köçürüləcək”, - Paşinyan deyib.

Qeyd edək ki, 2019-ci ildə (2020-ci il 27 sentyabra qədər) Qarabağda yaşayan erməni əhalinin sayı 65 min civarında idi. Vətən savaşından sonra isə Qarabağa rus sülhməramlılarının köçürüb gətirdiyi əhalinin sayı 52,7 min olsa da, sonradan onların bir çoxu geri qayıtmışdı və hazırda Qarabağda separatçı tör-töküntüləri 30 min, Azərbaycan isə 20 min civarında erməni yaşadığını bildirir. Erməni əhalisinin sayı ən azı ikiqat azaldığı halda "maaş, kommunal xərclər və s.” üçün Ermənistan büdcəsindən iki dəfədən də çox vəsait ayrılması ciddi suallar yaradır. Belə ki, vəsaitlərin böyük hissəsinin silah və qanunsuz silahlı birləşmələrin saxlanılmasına xərcləndiyi ehtimalı olduqca yüksəkdir.

Müqayisə üçün deyək ki, 350 min əhalisi olan Naxçıvanın büdcəsi 500 milyon manat (295 milyon dollar) civarındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ