SON DƏQİQƏ

Fransa ilə yeni dövr başlayır-PREZİDENT

Tarix:

16-10-2025, 18:12

/ 3 465 dəfə oxundu.
Fransa ilə yeni dövr başlayır-PREZİDENT

Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı.
GunAz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən bildirib.
Azərbaycan Prezidenti Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.
İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.
скачать dle 12.1

Şərhlər