SON DƏQİQƏ
» » Politoloq: "Türk düşmənləri öz məqsədlərinə nail olmayacaq"

Politoloq: "Türk düşmənləri öz məqsədlərinə nail olmayacaq"

Tarix:

18-04-2025, 13:00

/ 4 050 dəfə oxundu.
Politoloq: "Türk düşmənləri öz məqsədlərinə nail olmayacaq"

Siyasi şərhçi Teyyyub Qənioğlu
ABŞ  Prezidenti D.Trampın yeritdiyi siyasətlə  dünya düzəninin yenidən formalaşmasına strat verildiyini  söyləmək olar. 
Əminliklə demək olar ki, hansı dövlətdə, ölkədə yaşamasından asılı olmayaraq  özünü türk hesab edən hər kəs haqlı olaraq gözləyirdi ki (inarıram ki, bu gözlənti yaxın zamanlarda özünü doğruldacaq!), yeni dünya düzəninin formalaşmasında getdikcə güclənməkdə olan TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI (TDT) mühüm rol oynayacaq və bu, təbiidir ki, bütün  Türk xalqlarının daha sıx birliyinə imkan və zəmin yaradacaq. Ancaq TDT-nın güclənməsini, BÖYÜK TURAN BİRLİYİNİN yaranmasını qəbul və həzm etmək istəməyən  türk düşmənləri də, həmişəki kimi, sakit durmayıblar, hər fürsətdə bu birliyin formalaşmasına müxtəlif yollarla mane olmağa, türk dövlətləri arasında nifaq salmağa, onları parçalamağa çalışıblar və çalışacaqlar. Hər şeydən göründüyü kimi, Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində səfirlik açmaq qərarı türk düşmənlərinin öz məqsədlərinə nail olduqları görüntüsünü formalaşdırmaqdadır...Feodal dövləti olan, adi demokatik hüquqların mövcud olmadığı, türk birliyindən həmişə yayınan Türkmənistanın bu hərəkəti bəlkə də, gözlənilən olardı. Ancaq Qazaxtanın, xüsusilə Özbəkistanın bu hərəkəti oldüqca gözlənilməz oldu və haqlı olaraq bütün türk dünyasında xəyanət kimi  qarşılandı və  dərin məyusluq yaratdı! Türkiyənin, Azərbaycanın, eləcə də onların liderliyi ilə TDT-nın, getdikcə güclənməsinin, nəinki regionumuzda, eləcə də, dünyada güc mərkəzinə çevrildiyinin real olduğunu qəbul etmək istəməyən, Fransanın mənfur prezidenti Mak(oronun)ronun təşəbbüsu ilə Aİ, Mərkəzi Asiyanın türk dövlətlərinin əli ilə buna mane olmağa çalışır və hər şeydən göründüyü kimi, Səmərqənddə keçirilən Avropa İttifaqı – Mərkəzi Asiya Sammitinin yekunlarına dair bəyannamə qəbul edildikdən dərhal sonra Qazaxıstan, Özbəkistan və Türkmənistanın yunan Kiprində səfirlik açmaları ilə demək olar ki, buna nail olmağa yaxındırlar.Yayılan məlumatlara görə Aİ, Çindən Avropaya istiqamətlənmiş “Transxəzər Nəqliyyat Dəhlizi”nin çəkilməsi üçün geyd ediən türk dövlətlərinə 12 milyard dollar investiya yardımı ediləcəyinə söz veriblr. (Bəyannamədə qeyd edilib ki, “Transxəzər Nəqliyyat Dəhlizi”nin investorlarının görüşü, eləcə də Avropa İttifaqı – Mərkəzi Asiya regionu üzrə növbəti sammit Özbəkistanda keçiriləcək). Yəni, Qazaxıstan, Özbəkistan və Türkmənistanda hesab edirlər ki, TDT-nın dəyəri 12 milyard dollardan aşağıdır və bu birliyi həmin məbləğə dəyişmək olar!? Təəssüf... Ancaq hesab edirik ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanın hakim dairələrinin bu yanlış hərəkətləri türk birliyinə mane olması  mümkün deyil və olmayacaq! Biz qeyd edilən türk dövlətlərinin (Türkmənistan istisna olmaqla) xalqlarının öz sözlərini deyəcəklərinə əminik! Əminliklə demək olar ki, Azərbaycanın və Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə münasibəti və onu daim dəstəkləyəcəkləri, düşmənlərin məkirli niyyətlərinə baxmayaraq,  türk birliyinin   daha da möhkəmlənməsi ilə nətilənəcəkdir! Yaşasın TÜRK BİRLİYİ!  
скачать dle 12.1

Şərhlər