SON DƏQİQƏ

Almaniya prezidenti Azərbaycanda

Tarix:

1-04-2025, 21:50

/ 3 419 dəfə oxundu.
Almaniya prezidenti Azərbaycanda

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
GunAz.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
скачать dle 12.1

Şərhlər