SON DƏQİQƏ

Qvineya-Bisau prezidenti Azərbaycana gəldi

Tarix:

27-02-2025, 14:45

/ 2 881 dəfə oxundu.
Qvineya-Bisau prezidenti Azərbaycana gəldi

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
GunAz.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.
скачать dle 12.1

Şərhlər