SON DƏQİQƏ

Prezidentdən mühüm mesaj!

Tarix:

11-10-2024, 14:49

/ 3 182 dəfə oxundu.
Prezidentdən mühüm mesaj!

Oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirildi. İclasda ölkə başçısı İlham Əliyevdə iştirak etdi. 
MDB 1991-ci ildən bəri postsovet ölkələrinin siyasi-iqtisadi və təhlükəsizlik sahələrində birgə əməkdaşlıq platforması olaraq fəaliyyət göstərir. MDB üzv dövlətlərin birgə strategiyalarını inkişaf etdirmək, regional problemlərə birgə yanaşmaq və bir-birilərinə dəstək olmaq məqsədi daşıyır. Təşkilat, həmçinin, iqtisadi inteqrasiya, ticarət mübadiləsi və mədəni əlaqələrin inkişafı baxımından mühüm rol oynayır. MDB regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında əsas faktor kimi çıxış edir. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir. İclasda iştirak edən dövlət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi ilə bağlı əhəmiyyətli müzakirələr apardılar. Bu görüş MDB-nin regional məsələlərdəki rolunun və təsirinin artırılması üçün bir platforma yaratdı. Dövlət başçısı çıxışı zamanı istər Azərbaycanın uğurlarına sevinən, istərsə də ölkəmizin suverenliyini təmin etməsindən narahat olan dövlətlərə mesaj verdi. Əminliklə demək olar ki, gələcəkdə MDB-nin rolunun daha da artacağı gözlənilir. Bu təşkilat regional inteqrasiya və iqtisadi əməkdaşlıq üçün mühüm platformaya çevrilmək potensialına malikdir. Qlobal geosiyasi mühitin dəyişməsi və MDB üzv ölkələrinin birgə maraqları onları daha sıx əməkdaşlığa təşviq edir. 

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib bir sıra mühüm məsələləri diqqətə çatdırıb. Cənab Prezident şuranın iclasında çıxışı zamanı deyib: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. 

Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”. Bu, çox mühüm tədbirdir. Elə bu üzdən də xəbər erməni mediasına böyük səs-küy gətirib. Ermənistan KİV-də yayımlanan məlumatlarda deyilir ki, bu hadisə Ermənistanın siyasət və informasiya məkanına bomba kimi düşüb. Paşinyanın da olduğu bir formatda belə bir qərarın verilməsi erməniləri hiddətləndirib. Paşinyanın müxalifətinin əsas elektoral bazası sayılan Qarabağ erməniləri isə bu faktı Paşinyanı bir az da gözdən salmaq üçün istifadə etməyə çalışırlar. 

Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bir çox ciddi mesajlar və əhəmiyyətli qərarlarla yadda qaldı.



Türkanə Mübariz





скачать dle 12.1

Şərhlər