
“Düşünürəm ki, biz Qarabağın itirilməsinin şahidi olmamaq üçün hər şeyi edə bilərdik”.
GunAz.az xəbər verir ki, bunu avqustun 19-da jurnalistlərlə söhbətində Ermənistanın Zəngəzur (Sünik) mahalının mərkəzi hesab edilən Qafan şəhərinin meri Gevorq Parsyan deyib.
“Hər bir vicdanlı erməni baş verən faciəyə görə təəssüflənir, çünki bu gün bizim (?) Qarabağımız (bu bölgə həmişə Azərbaycana məxsus olub – red.) yoxdur”, – Parsyan əlavə edib.
O, “Hazırda Qafan hansı problemlərlə üzləşib?” sualına belə cavab verib:
“Zəngəzur Qarabağın arxa cəbhəsi olduğu kimi, Qarabağ da, məncə, Zəngəzurun arxa cəbhəsi idi. Bu gün Qarabağın itirilməsi ilə Zəngəzur bölgəsi üçün daha çox çağırışların olduğunu düşünürəm. 2020-ci il dekabrın 18-də baş vermiş məlum hadisədən sonra Qafanda strateji yüksəkliklər Azərbaycanın əlinə keçib. Nəticədə Azərbaycan ordusu yaşayış məntəqələrimizə çox yaxınlaşıb”.