SON DƏQİQƏ
» » Ermənilər Qafan yaxınlığındakı yüksəklikləri tərk edir

Ermənilər Qafan yaxınlığındakı yüksəklikləri tərk edir

Tarix:

17-12-2020, 16:36

/ 6 359 dəfə oxundu.
Ermənilər Qafan yaxınlığındakı yüksəklikləri tərk edir

Ermənistan ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri tərk edir.

Sovet xəritələrinə əsasən, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi Zəngilan rayonunun ərazisinə düşür.

Ona görə də düşmən qüvvələrinin yüksəkliklərdə qurduğu mövqelər demontaj olunur. Prosesə rusiyalı sülhməramlılar və Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri nəzarət edir. Strateji yüksəkliklər Qafan şəhərini tam vizual nəzarət altında saxlamağa imkan verir.

Azərbaycan Ordusunun sabah saat 17:00-a qədər ermənilərə ərazidəki mövqeləri boşaltmaq üçün vaxt verdiyi bildirilir.

Faktı Ermənistan mediası üçün Qafan rayonunun meri Qevorq Parsyan da təsdiq edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ