SON DƏQİQƏ
» » Tramp Baydeni öz meydanında uddu: yeni dövr başlayır

Tramp Baydeni öz meydanında uddu: yeni dövr başlayır

Tarix:

28-06-2024, 22:17

/ 3 144 dəfə oxundu.
Tramp Baydeni öz meydanında uddu: yeni dövr başlayır

CNN Demokratik Partiyasının “qalasıdır”, Tramp və Bayden arasında debat məhz demokratların “stadionunda” baş tutdu. Jurnalistlərin Trampa qarşı olması, CNN-nin studiyası Baydenə kömək olmadı.
Axar.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.
“Elə CNN-in özünün apardığı sorğuya görə, 67% respondent Trampın qələbə qazandığını söyləyib. Respublikaçılara yaxın mediada aparılan sorğularda Trampın üstünlüyü daha çoxdur.
Fövqəladə nəsə baş verməsə, noyabrda Tramp qələbə qazanacaq, Avropada sağ, sağ-mərkəzçilər seçkiləri udur və udacaq, dünya miqyasında “sol-liberal” (əsl liberalizmdəm çox uzaq olan dəstə) nüfuz və təsirini itirir və itirəcək. Bu isə dünyada yeni qaydalar, yeni baxış, yeni diskurs yaranır. Azərbaycan olaraq bu diskursda yoxuq, amma olmalıyıq, olacağıq da, bunu indidən anlamalıyıq. Dünyada “sol-liberal” və ya “psevdo-liberal” gündəlik zəifləyir, biz isə bu gündəliyin içindəyik (diskursun içində olmadan – qəribə vəziyyətdir).
Yeni dünya düzəninə hazırlaşmaq lazımdır, maraqlı dövr gəlir”, - o bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ