ABŞ-ın hazırkı prezidenti Donald Tramp Pensilvaniya ştatında səslərin sayılmasından sonra qələbə qazandığını açıqlayıb.
Bu barədə D.Tramp "Twitter” hesabında yazıb.
"Pensilvaniyada böyük qanuni qələbə!”, - deyə D.Tramp bildirib.
Qeyd edək ki, hazırda Pensilvaniyanın seçki komissiyası yekun nəticələri açıqlamayıb. Ştatda 87 faiz səslərin sayılmasından sonra Trampla Bayden arasında fərq 1.9 faiz olub. 91 faiz bülletenlər hesablandıqdan sonra isə bu fərq 2.1 faizə yüksəlib.
Pensilvaniyada qələbə qazanan namizəd 20 səs qazanacaq.