SON DƏQİQƏ
» » ABŞ-da prezident seçkilərinin son nəticələri - YENİLƏNİB

ABŞ-da prezident seçkilərinin son nəticələri - YENİLƏNİB

Tarix:

4-11-2020, 23:49

/ 1 462 dəfə oxundu.
ABŞ-da prezident seçkilərinin son nəticələri - YENİLƏNİB

ABŞ-da prezident seçkilərinin nəticələri yenilənib.

Son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 70 106 680 seçici səsi, Respublikaçıların namizədi Donald Tramp isə 67 356 298 səs qazanıb.

Beləliklə, Bayden Seçkiçilər Kollegiyasında 248 səsə, Tramp isə 214 səsə malikdir.

 

Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır.

15:49

ABŞ-da prezident seçkilərinin son nəticələrinə görə, demokrat namizəd Co Bayden 68 807 194 səslə (50,02 faiz) respublikaçı rəqibi Donald Trampı üstələyir.

Tramp 66 539 977 səs (48,36 faiz) qazanıb.

Ümumilikdə, Bayden 238, Tramp isə 213 səs toplayıb.

Qeyd edək ki, "Assosiated Press” agentliyinin səsvermə ilə bağlı yaydığı canlı xəritədə Trampın səs çoxluğu olan ərazilər qırmızı, Baydeninkilər isə göy rənglə işarələnib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ