SON DƏQİQƏ
» » Aİ-92 bahalaşır, əvəzində Aİ-95 ucuzlaşır? - Vahid Əhmədov

Aİ-92 bahalaşır, əvəzində Aİ-95 ucuzlaşır? - Vahid Əhmədov

Tarix:

26-06-2024, 19:28

/ 3 488 dəfə oxundu.
Aİ-92 bahalaşır, əvəzində Aİ-95 ucuzlaşır? - Vahid Əhmədov

Son dövrlər elektromobillərə kifayət qədər tələbat artıb. Hazırda da daha çox Aİ-95 markalı benzin istifadə olunur. Ona görə də bu vaxta kimi xaricdən idxal olunan Aİ-95-i Bakı Neftayırma Zavodunda istehsal etməyə başlayıblar.
GunAz.az xəbər verir ki, bunu axar.az-a Milli Məclisin üzvü Vahid Əhmədov Aİ-92 və dizel qiymətlərinin artacağı haqda məlumatı şərh edərkən deyib.
“Ola bilər ki, Aİ-95 markalı benzinin istehsalına start veriləndə, bu markalı benzin ucuzlaşsın. Hazırda Aİ-92 və Aİ-95 arasında qiymət fərqi 2 dəfədir. Aİ-92 nisbətən bahalaşarsa, Aİ-95 isə bir qədər ucuzlaşarsa, insanlar təbii ki, daha keyfiyyətli və ekoloji baxımdan az ziyanlı Aİ-95-ə üstünlük verəcək. Bilirsiniz, indi Aİ-92 ucuzdur, əsasən də köhnə maşınlarda istifadə olunur, bunun da ekologiyaya, xüsusilə Bakının havasına mənfi təsiri böyükdür”, – o bildirib.
Millət vəkilinin sözlərinə görə, elektromobillərin istifadəsinin genişlənməsi çox lazımlıdır:
“Əslində elektromobillərə tələbat kifayət qədər artıb, bütün dünya faktiki olaraq elektromobillərlə işləməyə başlayıb. Azərbaycanda da bununla əlaqədar proqramlar var, müəyyən işlər görülüb. Biz də xüsusi qanunlar qəbul edib, elektromobil idxalını vergidən azad eləmişik və s. Daha keyfiyyətli və ekoloji zərəri az olan yanacağa, o cümlədən elektromobilə tam keçid üçün tədrici addımlar atılmalıdır və atılır. Aİ-92 və dizelin bahalaşması da bu kompleks tədbirlərin bir hissəsi ola bilər”.
V.Əhmədov mümkün qiymət artımının iflyasiya və ya bahalaşmaya təsir etməyəcəyini də vurğulayıb:
“Bu, ciddi deyil, cüzi artımdır. Nəzərə alsaq ki, Aİ-95 benzinindən istifadə artıb və elektromobillər də çoxalmaqdadır, bu artımın hər hansı bahalaşma yaradacağını proqnozlaşdırmıram. İnflyasiya ümumiyyətlə 2024-cü il üçün birrəqəmli gözlənilir. Son 6 ayın yekunlarına görə inflyasiya 2,7 faiz idi. Ümumi il ərzində isə, haradasa, 5,6 faizə yaxın olacağı proqnozlaşdırılır”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ