SON DƏQİQƏ

Bu ölkədə də TikTok qadağan edildi

Tarix:

28-06-2024, 20:51

/ 3 429 dəfə oxundu.
Bu ölkədə də TikTok qadağan edildi

Kosovo hökuməti kibertəhlükəsizliyi artırmaq məqsədilə Çin sosial media platforması TikTok-un dövlət qurumlarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.
GunAz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda  Kosovo hökumətinin bugünkü kabinet iclasında səsvermə keçirilib.
Qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq “kiber təhlükəsizliyi artırmaq” məqsədilə qadağan edilib.
Dobra əlavə edib ki, qəbul edilən qərar ölkənin Kibertəhlükəsizlik Qanununa və müttəfiq ölkələrin gördüyü tədbirlərə uyğundur.
Təklif kabinet üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ