SON DƏQİQƏ

Bu ölkə də "TikTok"la bağlı qərar verdi

Tarix:

29-03-2023, 16:28

/ 1 275 dəfə oxundu.
Bu ölkə də "TikTok"la bağlı qərar verdi

Estoniya hakimiyyəti dövlət rəsmilərinə "TikTok" tətbiqindən istifadəni qadağan etmək qərarına gəlib.

Bu barədə "Eesti Paevaleht” qəzeti sahibkarlıq və informasiya texnologiyaları naziri Kristjan Jarvanın sözlərinə istinadən yazır.

Onun sözlərinə görə, Dövlət İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzi artıq Çinin "TikTok" tətbiqini qadağan etmək üçün müvafiq fərman verib. "TikTok" bu ay mərkəzdən idarə olunan bütün telefonlarda söndürüləcək” deyən nazir, bu məhdudiyyətlərin şəxsi telefonlara şamil olunmadığını bildirib.

Qeyd edək ki, Estoniya "TikTok"u məhdudlaşdırmağa cəhd edən ilk ölkə deyil. Hələ fevralın sonunda ABŞ-da federal qurumların işçilərinə bu tətbiqdən qurtulmaq əmri verilib. Eyni zamanda, Avropa İttifaqının müxtəlif qurumları öz işçilərinə bunu rəsmi smartfonlara quraşdırmağı qadağan edib. Oxşar qərarlar İngiltərə, Danimarka, Norveç və Fransada da qəbul edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ