SON DƏQİQƏ

Ölkədə TikTok istifadəsinə qadağa qoyuldu

Tarix:

11-03-2023, 08:00

/ 2 427 dəfə oxundu.
Ölkədə TikTok istifadəsinə qadağa qoyuldu

Belçika hökuməti təhlükəsizlik xidmətinin tövsiyəsindən sonra Tiktok tətbiqinin xidməti telefonlarda istifadəsinə müvəqqəti qadağa qoyub.

Bu barədə Belçika hökumətinin məlumatında deyilir.

"Milli Təhlükəsizlik Şurası martın 10-da federal hökumətin əməkdaşlarının xidməti telefonlarına Tiktok tətbiqinin quraşdırılmasına müvəqqəti qadağa qoyub”, - məlumatda deyilir.

Bildirilib ki, Belçika Dövlət Təhlükəsizliyi Xidməti və Kibertəhlükəsizlik Mərkəzi Tiktokun məxfiliyə müdaxilə riski daşıyan böyük miqdarda istifadəçi məlumatlarını topladığı barədə xəbərdarlıq edib.

скачать dle 12.1

Şərhlər