
ABŞ administrasiyası TikTok sosial platformasına qadağa tətbiq etmək üçün dövlət qurumlarına 30 gün vaxt verib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Amerika xalqının təhlükəsizlik və məxfiliyini qorumaqdır.
Bildirilib ki, TikTok qadağası milli hüquq-mühafizə və təhlükəsizlik araşdırmalarında istifadə edilən rəsmi cihazları da əhatə edəcək.