SON DƏQİQƏ
» » ZƏNGİLAN, QUBADLI, LAÇIN VƏ ŞƏHİD ANASININ İSTƏYİ – CAVİD İSMAYIL YAZIR

ZƏNGİLAN, QUBADLI, LAÇIN VƏ ŞƏHİD ANASININ İSTƏYİ – CAVİD İSMAYIL YAZIR

Tarix:

29-06-2024, 12:51

/ 3 643 dəfə oxundu.
ZƏNGİLAN, QUBADLI, LAÇIN VƏ ŞƏHİD ANASININ İSTƏYİ – CAVİD İSMAYIL YAZIR

Əfəndilər!
Bu günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş Zəngilanda keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” nda iştirak etdim.
Hər dəfə qəhrəman əsgərlərimizin qanı və canı bahasına işğaldan azad edilən vətən torpaqlarına səfərə getdikdəçox həyəcanlanıram. Düşünün, 30 ildən artıq işğalda  olan vətən torpağının hər qarışında vətən övladlarının qanı tökülüb. Hər bölgəsində uşaqlarımız yandırılıb, qız-gəlinlərimizin namusu tapdalanıb, analarımızn-nənələrimizin, ata və babalarımızın başları kəsilib, insanlarımız min bir işgəncə ilə qətlə yetirilib. Eyni zamanda çox qürurlanıram, çünki qəhrəman əsgərimiz canı-qanı bahasına 30 ildən artıq  düşmən tapdağında inildəyən vətən torpağını azad etməklə, 200 ilə yaxın olan  işğal  tariximizin ən şanlı səhifəsini 44 gündə yazdı.
Heç də təsadüfi deyil ki, hər dəfə o əraziyə daxil olduqda yolun sağ-soluna boylandıqca bütün yol boyu şəhidlərimizin qarışıq düzüldüyünü görürəm. Sanki onlar hər dəfə o yolun kənarına yığışaraq  maşın karvanlarını salamlayırlar. Bu dəfə də belə oldu. Yenə də şəhidlərimiz körpədən ahıla qədər uzun bir yol axınında nizamlı səflə yolun kənarına yığışmışdılar. Lakin bu dəfə bir az fərqli oldu. O şəhidlərin içində anasının ayağına tərəf qısılaraq, ayağından bərk-bərk yapışmış bir qızcığaz diqqətlə mənə baxırdı. Baxışlarından hiss etdim. Deyirdi ki, “çox gec qayıtdınız, amma şükür ki, qayıtdınız…” Nur içində yatın, şəhidlərimiz…
Yol boyu bir tərəfdən dünya tarixində ən vəhşi, ən qəddar, şərəf-ləyaqətin olmadığı, zamanında məkrli qüvvələrin içimizə məqsədli olaraq yeritdiyi, bizə “kirvə” adı altında sırıdığı, bəzən də bəzi “bizimki”lərin qucaq açdığı, süfrəsinin başına oturtduğu, itin yanına bağlasan it durmasa da, Anahit tör-töküntülərini özlərinə gəlin etdikləri, dünyaya satılmaq üçün gələn min bir xalqın törəməsi olan hayların yaşayış məntəqələrimizi xarabalığa çevirdiyi mənzərəni, digər  tərəfdən də Türkün dədə- torpaqlarında sürətlə dirilişini görürsən.
Hər tərəfdə, tikinti quruculuq işlərinin sürətlə getdiyini gördükdə təbii ki, sevincimin həddi-hüdudu bütün kainata sığmır. Bu dəfə də belə oldu.
İyunun 24-də  Zəngilandakı  möhtəşəm Konqres Mərkəzində forum öz işinə vətən var olsun deyə canlarını qurban verən müqəddəs şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik  sükutla ehtiramla yad olunaraq, Dövlət Himnin səsləndirilməsilə başladı.
Proqram üzrə bir sıra rəsmi şəxslərin və 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında 24-25 iyun tarixlərində panel müzakirələr keçirildi.
İyunun 24-də “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” çərçivəsində Silahlı Qüvvələr Günü münasibətilə Qubadlıda Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə təşkil edilən görüşdə iştirak etdik.
Şanlı ordunun qəhrəman əsgərini daima ziyarət etmək mənim üçün ən ali və ruhi zirvədir. Çünki mənim and yerimdə və mənə görə ən uca zirvədə tapdalanmış şərəfimizin, viran qoyulmuş dədə yurdlarımızın, təhqir edilmiş-dağıdılmış qəbir evlərimizin, donuz bağlanan Allah evlərimizin qisasını Türkə layiq şərəflə alan elə AZƏRBAYCANIN QƏHRƏMAN ORDUSU-ƏSGƏRİDİR. Bir sözlə, mən Azərbaycan əsgərindən hündür zirvə tanımıram!
Bizimlə bərabər dünya durduqca bizlərin və bizdən sonra  gələn bütün nəsillərin borclu olduğu şəhidlərimizin doğmalarından-əzizlərindən iştirak edənlər də var idi. Eyni zamanda bu gəzintidə Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan, sərhəd qoşunlarının mənsubu, “Qarabağ” ordeni ilə təltif edilmiş Aşur Cəmiyevin oğlu İsmayıl Cəmiyev və Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olmuş ədliyyə kapitanı Ruhin Xəlilovun qızı Melisa Xəlilova da iştirak edirdi.
Çox düşündürücü, qürurverici və eyni zamanda təsirli səhnədir. Təbii ki, onlardan ürək edib soruşmadım, soruşa da bilməzdim ki, qəhrəman əsgərlərimizin əhatəsində görəsən nə düşünürlər? O qədər məsum və sevincliydilər ki, zatən böyük acılarından bir anlıq olsa da ayrıldıqları zaman, istəmədim o sevincdən-məsum təbəssümdən ayıram onları.
N saylı hərbi hissənin komandanlığı ordumuzun arsenalında olan bir sıra müasir silah-sursat və hərbi texnikanın nümayişini təşkil etmişdi. Kür Şad vüqarına, Alp Arslan iradəsinə, Səlahəddin Əyyubi mərdliyinə, Atilla baxışına, Süleyman Şah rəşadətinə, Əmir Teymur müdrikliyinə, Şah babamız Xətai cəsarətinə, Yavuz Sultan Səlim nizamına, Şah Nadir qətiyyətinə bürünmüş Gök Börü baxışlı xüsusi təyinatlıların düşmənə qorxu salacaq duruşları bizlərə bir daha fəxarət bəxş etdi.
Görüşün konsert proqramının yekunlaşdığı an da birdən bir xəbər gəldi, baş tacımız olan şəhid anası əsgər balalarla “Yaşa Azərbaycan” mahnısının müşayətilə qol qaldırıb rəqs eləmək istəyir.
Siz bir bu səhnəni görərdiniz. Kəlmələrlə hissləri ifadə etmək qeyri mümkündür…  Şəhid anası igid əsgərlərimizin ətrafında qol qaldırır və YAŞA AZƏRBAYCAN!!!
Tədbirin sonunda hərbçilərə Forum adından hazırlanmış xüsusi hədiyyələr  təqdim edildi.
Axşam bir qrup forum iştirakçısı gecələmək üçün Qubadlımızdan keçərək Laçına yola düşdük. Yolüstü Qubadlının Qəzyan kəndinin qarşısından keçərkən dağın üstündə məzarından kənar hündür, cəsarətli, qəhrəman vətən oğlu Əliyar Əliyevin nəhəng formada bizi salamladığını gördüm. Əli belində, Dədə yurdun mütləq-qalibi, qəhrəman əsgəri! Nur içində yat.
Nəhayət çatdıq Laçına. Laçının havası da, suyu da bambaşqadı. Bütün ərazilərdəki kimi burada da, gec saatlarında belə tikinti quruculuq işləri sürətlə davam edirdi.
Səhər tezdən qaldığım Abdallar otelinin lap uc tərəfinə gəldikdə əzəmətli qayaların, dağların, göz oxşayan Türkün dədə yurdunun yenidən çiçəkləndiyinin bir daha şahidi oldum. Gün yenicə doğduğu anda göy səmada sanki Öksökönin qanad çaldığını görərək bir daha anladım ki, EY TÜRK! Doğrudan da Tanrının dünyaya bəxş etdiyi AZAD RUHSAN! Azad ruhun qutlu olsun!
Tədbirin sonunda Zəngilandan Müzəffər Ali Baş komandana, Dünya hərb tarixində yeni şanlı-şərəfli tarix yazan Prezident İlham Əliyevə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” ünvanlandıqdan sonra  möhtəşəm konsert  proqramı baş tutdu. Möhtəşəm bir konsert proqramının sonunda ifa edilən Zəngəzur yallısı bir daha Ali Baş Komandanın sözünü xatırlatdı; Biz bütün dədə-baba torpaqlarımıza qayıdacağıq!” Bəli, mütləq qayıdacayıq! Dədə yurdlar bizi gözləyir!
Forumun sonunda bədii hissə – konsert proqramı da ayrı bir aləmidi.
Artıq Bakıya qayıtmağa hazırlaşırıq. Lakin ziyarət edəcəyimiz son müqəddəs yerimiz, ermənilərin zamanında tövlə olaraq istifadə etdikləri Zəngilan.
Bəşəriyyətin üz qarası, insan adına böyük ləkə olan ermənilərin dədə torpaqlarımızın 30 illik işğalı zamanı bütün dini abidələrimiz, inanc məbədlərimiz olduğu kimin Zəngilanda yerləşən tarixi məscidi də viran qoymuşdular. Digərlərində olduğu kimi də, bu Allah evini də donuz tövləsinə çevirməklə onlar tək bizim deyil, bütün dünya müsəlmanlarını təhqir etmiş oldular.
Əfsuslar olsun ki, özünə islam ölkəsi deyən İran hakimiyyəti Allah evlərinə donuz bağlayan bu mənfurlara daima qucaq acmış, onları dəstəkləmiş və dəstəkləməkdə davam etməkdədir.
Əfəndilər!
2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş və bu ilin 18 may tarixində açılışı olunan məscidə gəldik. Bir sözlə möhtəşəm!
Eyni zamanda tarixi məscidin ərazisində isə açıq səma altında inanc yerlərimizə qarşı ermənilərin etdiyi vəhşiliyi əks etdirən sərgi yaradılıb. Bəli, tarixi unutmaq olmaz! Dövlətimizin əbədiyyən var olması üçün, tariximizi daima xatırlamaq, tarixdə buraxılan səhvlərdən dərs çıxarmaq və gələcək nəsillərə onu olduğu kimi ötürmək vacibdir.
Nəhayət qayıdırıq Bakıya. Cəbrayılın ərazisinə daxil olduqda xarabalıqlarının qarşısından keçərkən gözüm hey Güneydə idi. vətən torpağının sinəsindən axan Arazın rəngi bir anlıq göz önümdə alov rənginə büründü. Güneyimizdə hündür dağın zirvəsində Babəkin ruhunu gördüm. Yenə zireh libasında. Əli qılıncının dəstəyində, sanki yeni mübarizəyə uyğun zaman gözləyir.
Elə  bu an “Təbrizə” adlı şeirimdən bu misraları xatırladım.
Hər qaranlıq gecənin bir işıqlı gündüzü var
Tanrının bir bildiyi, min hikməti var.
Bu gecə mərd oğullarının Bəzz qalasında
Mən Türkəm! hayqıraraq zəfərini görmüşəm.
Əfəndilər! Adım kimin əminəm ki, bir gün günəş TƏBRİZİMİZDƏN – VAHİD AZƏRBAYCANDAN, BÖYÜK TURAN NAMİNƏ DOĞACAQ!
Sonda.
Bu möhtəşəm tədbirin planlaşdırılması, keçirilməsi və “Turan Araşdırma Mərkəzi” nin sədri olaraq məni dəvət etdikləri üçün Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyevaya, min bir əziyyətimizi çəkən, günlərdir yuxusuz qalaraq təşkilatı işlərlə məşqul olan, insanların nazı ilə oynayan Agentliyin bütün əməkdaşlarına xüsusən də, bizim qrupa təhkim edilmiş Mehti Mehtiyev və Nilüfər Əhmədovaya, tədbirə öz peşəkarlığı və səmimiyyəti ilə dəyərli rəng qatan aparıcı Jalə xanım Həsənliyə, bütün tədbiri işqlandıran dəyərli media dostlarımıza, incəsənət nümayəndələrinə, yorulmadan böyük peşəkarlıqla işlərini icra edən sürüclərə, xidmət edici personala, QHT rəhbəri Rəşad Mehdiyev başda olmaqla tədbirin fotolarını tarixləşdirən mütəxəsislərə, ümumiyyətlə zəhməti olan hərkəsə dərin hörmət və ehtiramımı bildirməklə təşəkkür edirəm.
Əfəndilər! Hörmətli həmkarlarım. Bizlərin isə yenilənən dünyada, yeni tələblərə uyğun olaraq böyük və müqəddəs amalımız uğrunda görəcəyimiz işlər çoxdur!
Tanrı Vətənimizi, Dövlətimizi, Müzəffər Ali Baş Komandanımızı, rəşadətli Ordumuzu qorusun!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ