SON DƏQİQƏ

Ərdoğan Əli Əsədovu qəbul etdi

Tarix:

8-05-2024, 20:14

/ 3 694 dəfə oxundu.
Ərdoğan Əli Əsədovu qəbul etdi

Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Nazirlər Kabinetindən GunAz.az-a bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə dövlətinin başçısına çatdırıb.
Baş nazir cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezident İlham Əliyevin dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Görüş əsnasında Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ