SON DƏQİQƏ
» » 4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?

4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?

Tarix:

19-04-2024, 22:57

/ 3 703 dəfə oxundu.
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?

4 kəndin Azərbaycana qaytarılması və sərhədlərin müyyənləşdirilməsi prosesinə başlanılması bölgədə sülh quruculuğu prosesinə təkan verəcək.
Bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Bakı və İrəvanın Qazaxın 4 kəndinin geri qaytarılması barədə qərarı Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasının ardından növbəti uğurlu razılaşmadır:
“Cənubi Qafqazda yeni mərhələ başlayır. 4 kəndin qaytarılması iki ölkə arasında çərçivə sazişinin imzalanmasını sürətləndirəcək. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İsrail-İran qarşıdurnası fonunda Cənubi Qafqazda danışıqlar yolu ilə əldə edilən razılaşmalar hamının xeyrinədir. Növbəti mərhələdə Zəngəzur dəhlizi ilə bağlı danışıqların intensivləşməsi gələcək. Bunu da uzatmağın Ermənistan üçün faydası yoxdur. Ermənistan Baş nazir Nikol Paşinyanın dediyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, son mərhələni də keçməli – Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir və bu belə də olacaq”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ