SON DƏQİQƏ
» » Qaradağ gəncləri Quba soyqırımı kompleksini ziyarət edib

Qaradağ gəncləri Quba soyqırımı kompleksini ziyarət edib

Tarix:

29-03-2024, 18:26

/ 3 159 dəfə oxundu.
Qaradağ gəncləri Quba soyqırımı kompleksini ziyarət edib


31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə Quba şəhərinə baş tutan səfərdə rayon aparatının əməkdaşları və 30-dək ərazi partiya təşkilatlarının nümayəndələr iştirak ediblər. Tədbir iştirakçıları soyqırımı qurbanlarını xatirəsini ehtiramla anıblar.
Kompleksdə nümayiş etdirilən eksponatlarla tanış olan tədbir iştirakçılarına Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Memorial Kompleksin 2013-cü il sentyabrın 18-də fəaliyyətə başladığı bildirilib. Qeyd edilib ki, Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Məlumat verilib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər.  Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Həmin tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Nümayəndə heyətinin rəhbəri, YAP Qaradağ rayon təşkilatının əməkdaşı Kompleksdə nümayiş etdirilən eksponatların gənc nəslin ermənilərin Azərbaycan ərazisində yaşayan xalqlara qarşı törətdikləri soyqımı haqda məlumatlanmasında, bu barədə həqiqətlərin onlara çatdrılmasında xüsusi əhəmiyyət daşıması barədə ürək sözlərini Xatirə kitabına yazıb.
Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ