SON DƏQİQƏ
» » Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb - Paşinyan

Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb - Paşinyan

Tarix:

27-03-2024, 20:42

/ 3 550 dəfə oxundu.
Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb - Paşinyan

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

GunAz.az Armenpress-ə istinadən xəbər verir ki, Nikol Paşinyan dostluq qrupunun üzvlərinin Ermənistana səfərini alqışlayıb və Ermənistanla bağlı gündəmə sadiqliklərinə görə onlara təşəkkür edib.

Tərəflər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıq, parlamentlərarası qarşılıqlı fəaliyyət, Fransa şirkətlərinin Ermənistandakı fəaliyyəti, investisiya proqramlarında iştirak, infrastruktur, kənd təsərrüfatı, enerji və digər sahələrdə layihələrin həyata keçirilməsi məsələlərinə toxunublar.

Cənubi Qafqazda baş verən proseslər də müzakirə olunub. Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına toxunub və 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində verilən bəyanatda müqavilənin prinsiplərinin razılaşdırıldığını vurğulayıb.

Regional infrastrukturların blokdan çıxarılması imkanları da müzakirə olunub. Nikol Paşinyan Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsini və onun prinsiplərini təqdim edib.

Avropa İttifaqının Ermənistandakı mülki missiyasının fəaliyyəti və Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.Modern.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ