SON DƏQİQƏ
» » Dövlətçilikdə əsas faktor peşəkar və ixtisaslı kadrlarln olmasıdır

Dövlətçilikdə əsas faktor peşəkar və ixtisaslı kadrlarln olmasıdır

Tarix:

14-03-2024, 14:00

/ 3 701 dəfə oxundu.
Dövlətçilikdə əsas faktor peşəkar və ixtisaslı kadrlarln olmasıdır

Müasir dövrdə fəaliyyət sahəsindən asılı olmayaraq dövləti ayaqda saxlayan və gələcək hədəflərinə çatdırılmasında əsas rol oynayan faktor peşəkar və ixtisaslı kadrlara malik olmaqdır. Dövlət üçün kadr siyasətinin aparılması, öz sahəsinin peşəkarları ilə çalışmaq, onların cəlb edilməsi və dövlət dəyərlərinə uyğunlaşdırılması əsas prioritet istiqamətlərdəndir. 
Bu baxımdan cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçiriləndə, iclasdakı çıxışında bildirmişdir: "Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır və kadr islahatları aparılır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır". 
Həqiqətən də struktur, kadr dəyişilikləri baş tutdu, amma bu dəyişiklərdə yerində olmayan kadrlar da yer aldı ki, bu da Prezidentin apardığı siyasətə uyğun deyildi. İnanırıq ki, gələcəkdə Milli kadrların yerləşdirilməsi Prezidentin siysətinə uyğun olacaq.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ