SON DƏQİQƏ

Putin: “Mən heç kimə güvənmirəm”

Tarix:

13-03-2024, 14:07

/ 2 203 dəfə oxundu.
Putin: “Mən heç kimə güvənmirəm”

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə son qoyulması üçün təhlükəsizlik təminatı tələb edir.
GünAz.az xarici mediaya istinadən xəbər verir ki, Putinə görə, istənilən danışıqların əsasını reallıqlar təşkil etməlidir.
 
“İlk növbədə Rusiyanın təhlükəsizliyində maraqlıyıq. Biz bunu nəzərə alıb hərəkət edəcəyik”, – deyə “Bloomberg” ondan sitat gətirib.
Qərblə “dürüst sövdələşmənin” mümkün olub-olmaması ilə bağlı suala o, “Heç kimə güvənmirəm, amma bizə təminat lazımdır”, – deyə cavab verib.
O, qeyd edib ki, Ukraynadakı müharibə zamanı heç vaxt taktiki nüvə silahından istifadəyə ehtiyac olmayıb və bu fikir onun ağlına da gəlməyib. Əlavə edib ki, Rusiya və ABŞ-nin nüvə münaqişəsinə doğru getdiyinə inanmır. Amma ölkəsinə münasibətdə “qırmızı xətlərin” olmadığını deyən ölkələr başa düşməlidirlər ki, Rusiya buna bənzər cavab verəcək.
Qeyd edək ki, Putinin bu bəyanatları martın 15-17-də Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində səslənib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ