SON DƏQİQƏ
» » Rusiyanin "qırmızı xətti" budur: Nikol mane olsa...

Rusiyanin "qırmızı xətti" budur: Nikol mane olsa...

Tarix:

12-03-2024, 23:10

/ 3 120 dəfə oxundu.
Rusiyanin "qırmızı xətti" budur: Nikol mane olsa...

Paşinyan Rusiyanın Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yan keçməsinə mane olarsa, qırmızı xətti keçəcək.
Bu sözləri erməni politoloq Arqişti Kiviryan deyib.
Onun sözlərinə görə, bu, Saakaşvilinin taleyinin təkrarlanması istiqamətində ilk addım olacaq:
“Əgər Rusiya Ermənistandan hərbi bazasını çıxarmaq istəmirsə, o zaman onu çıxarmayacaq, bu, Ermənistan hakimiyyətindən asılı deyil.
Qərb açıq şəkildə bildirib ki, Rusiyanın regiondan çıxması NATO-nun Cənubi Qafqazda “operatoru” olan Türkiyənin güclənməsi deməkdir.
Qərbin məqsədi erməni xalqının maraqlarını qorumaq deyil, Rusiyanı bölgədən çıxarmaq və İranın daxil olmasına imkan verməməkdir. Azərbaycandan gələn təhlükəni hələ də hiss etməyən London birdən elan etdi ki, Ermənistanı “Rusiya təhlükəsi”ndən qorumağa hazırdır”.
Qeyd edək ki, erməni ekspertlər də Ermənistanın Rusiyanın sanksiyaları dəlməsində misilsiz rol oynadığını açıq etiraf edirlər. Qəribədir ki, hər kəsin bildiyi və Qərb ekspertlərinin də vaxtaşırı qaldırdığı bu məsələdə Rusiyaya sanksiya tətbiq edən və “onu qorumağa and içənlər” heç bir addım atmaq və İrəvanı cəzalandırmaq istəmirlər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ