SON DƏQİQƏ
» » Avropalı deputat Makronu qitənin ən təhlükəli adamı adlandırdı

Avropalı deputat Makronu qitənin ən təhlükəli adamı adlandırdı

Tarix:

2-03-2024, 23:40

/ 3 386 dəfə oxundu.
Avropalı deputat Makronu qitənin ən təhlükəli adamı adlandırdı

Avropa Parlamentinin italiyalı deputatı Françeska Donato Fransa Prezidenti Emmanuel Makronu Ukraynaya Qərb qoşunlarının göndərilməsi ehtimalı ilə bağlı bəyanatına görə hazırda Avropanın ən təhlükəli adamı adlandırıb.
O, bu sözlərin təsadüfi olmadığını və onların arxasında “ictimai rəyi müharibənin qaçılmazlığına hazırlamaq” kimi bütöv bir ssenarinin dayandığını deyib.
“Təəssüf ki, Makronun dediklərindən sonra biz dərhal müharibəyə hazırlaşmalıyıq. Bu bəyanat Aİ ideyası ilə tamamilə ziddiyyət təşkil edir. Bu nə deməkdir, sülh artıq lazım deyil? Amma müharibə öz-özünə başlamır, həmişə qəbul edilən qərarların nəticəsidir”, - deyə deputat bildirib.
O vurğulayıb ki, Avropa Parlamentinin növbəti səlahiyyət müddəti ərzində bütün xərclərin təhlükəsizlik və müdafiə məqsədləri üçün xərclənməsi təklif olunur.TASS
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ